İnternetdən satın aldığı evdən cəsəd tapdı

14 Noyabr 2014 10:52 (UTC+04:00)

Daily Mailin xəbərinə görə, Rusiyanın Novokuznetsk şəhərində, internet vasitəsilə verilən bir elanla satın aldığı evə ilk dəfə girən Taras Yermolayev, evin keççmiş kirayəşini Dementi Zaxarovun cəsədiylə qarşılaşıb..


Zaxarovla hadisədən bir gün əvvəl görüşən və evin açarlarını alan Yermolayev, sabahısı gün yeni evinə ilk dəfə gələndə dəhşətverici mənzərəylə qarşılaşıb. Onun cansız bədəni hamamda qan gölünün ortasında dayanırdı.


Ev sahibi gördüklərini "qorxu filmi kimi"  xarakterizə edib, cəsədin üzünü çəkicə oxşar cisimlə vurularaq parçalanmış və tanınmaz halda tapdığını" deyib.

Zaxarovun bir narkotik satıcısı olduğu və bu səbəblə cinayətə qurban getmiş ola biləcəyi düşünülür. Polis hadisələ əlaqədar araşdırma başladıb.