Papa Françeskonun Türkiyəyə getməsi problem yaradıb

14 Noyabr 2014 11:10 (UTC+04:00)

Ayın sonunda Türkiyədə səfərdə olacaq Papa Françeskonun, prezident Rəcəb Tayyib Ərdoğan ilə yeni Prezident Sarayında görüşməsinin yol açdığı müzakirələrə Vatikandan cavab gəlib.


Vatikan spikeri Peder Federiko Lombardi, etdiyi şərhlə, bu müzakirələrə son nöqtəni qoyub. Söz mövzusu müzakirələrdən xəbərdar olduğunu deyən keşiş Lombardi, "Papa, görüş üçün Türk səlahiyyətlilər haranı desələr oraya gedəcək. Yəni hara getməsi lazımdırsa ora gedəcək. Bundan başqa deyiləcək söz yoxdur" deyərək, səfərin ləğv edilməyəcəyini söyləyib.