Narkoloji Dispanserdən əyləncə mərkəzləri və barlarla bağlı şok iddia-Özəl

14 Noyabr 2014 11:33 (UTC+04:00)
"Azərbaycanda alkoqolizmin qurbanlarının yaş həddi cavanlaşır. Ən pisi isə yetkinlik yaşına çatmayanların, gənclərin spirtli içkilərə aludəliyinin günü-gündən artmasıdır". Bu sözləri Movqe.az-a açıqlamasında  Respublika Narkoloji Dispanserin həkimi Tarıyel Bayramov söyləyib. T. Bayramov bildirib ki, insanın sinir sisteminin formalaşması 23-25 yaşda başa çatır. Bu dövrə qədər, yəni hələ yetkinlik yaşına çatmadan, bu dövrdən sonra spirtli içki qəbul edən yeniyetmələrin sinir sisteminin formalaşmasında problem yaranır. T. Bayramovun sözlərinə görə, bu gün yetkinlik yaşına çatmayan eləcə də yeniyetmələrin erkən dövrdən alkoqolizmə meyillənməsinin səbəbi əyləncə mərkəzləri, gecə saatlarında fəaliyyət göstərən mini kafe və barlardır: "Əyləncə obyetktləri nəinki, yeniyetmələrin alkoqolizmə düçar olmasına, onların sağlamlıqlarının bu tip iaşə obyektlərində məhv olmasının baiskarıdır. Çox təəssüf ki, artıq bu məkanlarda yetkinlik yaşına çatmayan qızların da spirtli içkilərə aludəçiliyi hallarına rast gəlinir".