G-20 liderlərinə "qumdan" ismarıc

14 Noyabr 2014 12:36 (UTC+04:00)

Avstraliyanın Queensland əyalətinin paytaxtı Brisbanedə15-16 noyabrda reallaşacaq G-20 Liderlər Zirvəsi üçün hazırlıqlar tamamlanıb.


Movqe.az xəbər verir ki, zirvədən əvvəl, dünən, Sidneyə Bondi sahilində 400-ə yaxın ətraf mühit müdafiəçisi, başlarını dəvequşları kimi quma soxaraq, G-20 liderlərinə etiraz edbi. Bu hərəkətlə, iqlim dəyişikliyi problemini G-20 zirvəsi gündəminə almaqda istəksiz olan Avstraliya Baş naziri Toni Abbota, "İqlim dəyişikliyində başı quma verirsən" mesajı verilib.