Hava şəraiti yenidən dəyişiləcək

14 Noyabr 2014 14:44 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq yayıb. Departamentndən Movqe.az-a verilən məlumata görə, noyabrın 17-dən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişiləcəyi, ikinci ongünlüyün sonunadək qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 4-6 dərəcə enəcəyi gözlənilir. Noyabrın 17-18-19-da havanın temperaturu gündüz saatlarında  8-10 dərəcə isti olacaq. Şimal küləyi arabir güclənəcək. Tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı ehtimalı var. Azərbaycanın rayonlarında noyabrın 16-da qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişiləcəyi gözlənilir. Noyabrın 15-də isə Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-12 dərəcə, gündüz 14-18 dərəcə isti olacaq. 

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və axşam bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 13-18 dərəcə, dağlıq ərazilərdə gecə 0-5, bəzi yerlərdə 4 dərəcəyədək şaxta, gündüz 7-12 dərəcə isti olacaq.