Azərbaycan Yazıçılar Birliyi internet televiziya yaradır

14 Noyabr 2014 15:11 (UTC+04:00)

Dekabrın 25-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Ayb.TV" adlı yeni onlayn televiziyası fəaliyyətə başlayacaq.Movqe az-ın APA-ya istinadən verdiyi məlumata görə, dekabrın 25-də eyni zamanda www.ayb.az portalının bir yaşı tamam olacaq: "Həmin gün Yazıçılar Birliyinin 80 illik yubileyinə həsr olunan filmin təqdimatı da nəzərdə tutulub. Yeni fəaliyyətə başlayacaq televiziyada bədii filmlər, ədəbi və tarixi verilişlər yayımlanacaq. Növbəti ildən etibarən konkret proqramımız təsdiq olunacaq, Yazıçılar Birliyinə məxsus olan verilişlər efirə veriləcək". 

X.Rza əlavə edib ki, yeni internet televiziya ilkin olaraq gündüz saat 12:00-dan 19:00-dək efirdə olacaq: "Onlayn televiziyada ədəbi proqramlara və ədəbi gündəmə aid olan buraxılışlara üstünlük veriləcək. Hələlik gündəlik ədəbi-mədəni xəbərləri efirə verməyi düşünmürük. Amma sonrakı mərhələlərdə bu işlər də tənzimlənəcək. Yazıçılar Birliyinin ətrafında toplaşan insanların hamısı yaradıcı insanlardır, ona görə işlərimizdə yaradıcılıq problemi olmayacaq, yeni maraqlı layihələrə imza atacağıq".