Polisin gözyaşardıcı qumbara istifadəsinə qadağa qoyulub

14 Noyabr 2014 15:30 (UTC+04:00)

Hərəkatlarda bir gəncin gözyaşardıcı qumbaradan ölməsindən sonra polisə qadağa gəlib.


Movqe.az xəbər verir ki, Fransa Daxili İşlər naziri Bernard Kazeneuve, polisin, etiraz nümayişlərini yatırmaq üçün istifadə etdiyi qumbaranı qadağan etmək qərarı alıb.


Kazeneuve, təşkil etdiyi mətbuat konfransında, oktyabrda ölkənin cənubunda təşkil edilən hərəkatda  sözügedən vasitənin istifadəsi nəticəsində bir gəncin ölməsi səbəbindən bu qərarın alındığını söyləyib.


Kazeneuve,  "Belə bir hadisənin təkrarlanmasını istəmirəm və buna görə ictimai asayişin təmin etmək üçün təhlükəsizlik qüvvələrinin bu bombanı istifadə etməsini qadağan edirəm" deyib.