Əməkdar artist işdən qovuldu - Müsahibəsinə görə

14 Noyabr 2014 15:56 (UTC+04:00)


Aktyorun işdən çıxarılmasına mətbuata verdiyi "Direktor "Azdraman"ı məhv edir" başlıqlı müsahibənin səbəb olduğu deyilir. Movqe az  xəbər verir ki, AzNews.az-a açıqlamasında Telman Əliyev xəbəri təsdiq edib: "Teatrın baş mühasibi məni yanına çağırıb dedi ki, səninlə bağlanan müqaviləyə noyabr ayının 16-dan xitam veririk".Telman Əliyev işdən çıxarılması səbəbini baş mühasibdən soruşduqda "Maliyyə yoxdur" cavabını alıb.Qeyd edək ki, adı çəkilən müsahibədə aktyor Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun ünvanına sərt fikirlər səsləndirib.