Azərbaycan Rusiyadan yeni raket kompleksi alır

14 Noyabr 2014 15:08 (UTC+04:00)


Azərbaycan Rusiyadan "Pnaçir" zenit raket komplekslərinin alınması üçün danışıqlar aparır.Movqe az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın "Şeqovski val" şirkətinin baş direktoru Vladimir Popov yayıb.Məlumatda deyilir ki, Azərbaycanla yanaşı, Türkmənistan və Qazaxıstan da bu raketlərin alınmasında maraqlıdır.Vladimir Popovun sözlərinə görə, Tula Konstruktor Bürosu artıq bu seriyadan olan 200 raketi və 400 "BMP"ni xarici ölkələrə satıb.Qeyd edək ki, özüyeriyən zenit raket kompleksi yaxın məsafədə yerləşən obyektlərin məhv edilməsi üçün nəzərdə tutulub.