Ermənistanın Konstitusiya Məhkəməsi Avrasiya İqtisadi İttifaqına “hə” dedi

14 Noyabr 2014 16:32 (UTC+04:00)

Noyabrın 14-də Ermənistanın Konstitusiya Məhkəməsi ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulması barədə müqaviləni konstitusiyaya uyğun sayan qərar qəbul edib.Movqe az "Media forum" saytına istinadən xəbər verir ki,  qərarı məhkəmənin sədri Qaqik Arutyunyan oxuyub və sənədin parlamentə göndəriləcəyini açıqlayıb.Parlament komissiyalarında baxılandan sonra dekabrın əvvəllərində sənədlərin plenar iclasda müzakirə olunacağı gözlənir.Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqavilə Ali Avrasiya İqtisadi Şurasının oktyabrın 10-u Minskdə keçirilən sammitində imzalanıb. Rusiya, Qazaxıstan, Belarus, Ermənistan prezidentlərinin imzaladığı müqavilə dörd ölkənin parlamentində təsdiqlənməli və 2015-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.

Avrasiya İqtisadi İttifaqını bu il mayın 29-da Rusiya, Qazaxıstan, Belarus yaradıblar.