Yeni sözlərin öyrənilməsi qumar oyunları kimi həzz verir

15 Noyabr 2014 09:35 (UTC+04:00)

Barselona Universitetindən olan alimlər müəyyən ediblər ki, insan yeni sözlər öyrənən vaxt qumar oyunları zamanı aldığı həzzi yaşayır. Iki mərhələdə keçirilən eksperimentdə 36 nəfər iştirak edib. Alimlər funksional maqnit-rezonans tomoqrafiyası vasitəsilə yeni sözün öyrənilməsi və qumar oynunuda iştirak zamanı beynin fəallığını müqayisə ediblər. Məlum olub ki, həm öyrənmə prosesində, həm də qumar oyunu zamanı yaşlı adamlarda baş beynin həzzlə bağlı nahiyəsinin fəallığı artır- bu, həmçinin dadlı yeməklər yeyən vaxt da belə olur. Təhsildə müvəffəqiyyət də beynin bu nahiyəsinin fəallığından asılı olur.

Yeri gəlmişkən, britaniyalı neyrobioloqların məlumatına görə, beyin yeni sözü 15 dəqiqədən az bir müddətdə yadda saxlaya bilər. Bunun üçün isə onu 160 dəfə dinləmək lazımdır.