Evli tələbələrin nəzərinə
14 Noyabr 2014 17:20 (UTC+04:00)
Bu barədə "Azərbaycan Respublikasında əhali
sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı
(2014-2025-ci illər)"nda qeyd olunub.
Bildirilib ki, bu 2014-2025-ci illər ərzində
Təhsil Nazirliyi tərəfindən icra ediləcək.
Eyni zamanda proqramda qeyd edilib ki, gənc
aztəminatlı, çoxuşaqlı və natamam ailələrin əlverişli şərtlərlə
sosial təyinatlı mənzillərlə təmin olunması üzrə müvafiq
tədbirlərin həyata keçiriləcək.
Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Gənclər və
İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bu
tədbirlər görüləcək.
Proqramda göstərilib ki, dövlət uşaq
müəssisələrindən məzun olmuş valideyn himayəsindən məhrum və
sağlamlıq imkanları məhdud şəxslərin sosial mənzillər və ya ailə
tipli yataqxanalarda yaşayış yeri ilə təmin edilməsi istiqamətində
müvafiq tədbirlərin görüləcək.