Heydər Əliyev prospekti bağlanır

14 Noyabr 2014 18:25 (UTC+04:00)

Bakının Heydər Əliyev prospekti bağlanır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən 04:00-dək Heydər Əliyev prospekti - əsas yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - kənar yollardan istifadə etmələri tövsiyə olunur.