Paytaxtın əsas prospekti bağlanır

14 Noyabr 2014 17:31 (UTC+04:00)

Bakının Heydər Əliyev prospekti bağlanır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Movqe.az-a verilən məlumata əsasən, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən 04:00-dək Heydər Əliyev prospekti - əsas yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - kənar yollardan istifadə etmələri tövsiyə olunur.