NATO Rusiyanı mühasirəyə alır
14 Noyabr 2014 19:31 (UTC+04:00)
Şimali Atlantika Alyansı Rusiya sərhədlərinin
yaxınlığında silahlı qüvvələrinin sayını
artırır.
ANS PRESS-in məlumatına görə, bu barədə NATO baş
katibi Yens Stoltenberq bildirib.
"Artıq sərhəd kənarlarında daha çox patrul
uçuşları edilir. Biz Şərqi Avropaya daha çox hərbi hissələr
keçiririk. Həmçinin çevik reaksiya güclərinin hazırlığını
artırırıq", - deyə NATO baş katibi Almaniyanın "Bild" jurnalına
bildirib.
Bununla yanaşı, Stoltenberq sanmır ki, dünya yeni
soyuq müharibənin astansındadır. Ancaq onun sözlərinə görə, Qərb
artıq Rusiyaya etibar etmir.
"Rusiya Avropanın təhlükəsizlik arxitekturasının
əsas dəyərlərini məhv elədi", - deyə NATO baş katibi
bildirib.