Bakıda azyaşlı uşaq faciəvi şəkildə ölüb

15 Noyabr 2014 11:13 (UTC+04:00)
Movqe.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda 1 nəfər azyaşlı fərdi yaşayış evinə yaxın olan ərazidə yerləşən, qoruyucu hasari 2 metr, diametri 8-10 metr, dərinliyi 7-8 metr və daxilində 3-4 metr çirkab suyu olan köhnə neft tulantısı quyusuna düşüb.

Hadisə yerinə cəlb olunmuş xilasedicilər tərəfindən azyaşlının meyiti quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 18:36-da başa çatıb.