Özünü ov tüfəngi ilə vurdu
15 Noyabr 2014 12:09 (UTC+04:00)
Lənkəranda güllələnmə hadisəsi baş verib.
Movqe.az xəbər verir ki , Rayon hüquq mühafizə orqanlarından APA-ya
verilən məlumata görə, hadisə bu gün günorta saatlarında şəhərin
Həzi Aslanov Xiyabanı, 1 saylı binanın 32-ci mənzilində qeydə
alınıb.
66 yaşlıFəxrəddin Heydərovu yaxınları yaşadığı
mənzildə qarın hissəsində güllə yarası xəsarəti ilə aşkarlayıb.
Yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, əməliyyat olunan Fəxrəddin
Heydərovun vəziyyəti ağır qiymətləndirilir.
Hadisə yerinə rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları
cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, Fəxrəddin Heydərov
özünə ov tüfəngi ilə atəş açıb. Ov tüfəngi hüquq mühafizə orqanları
tərəfindən maddi sübut kimi götürülüb. Hadisənin hansı səbəbdən baş
verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq.