Polşa və Almaniya böyük hesabla qalb gəldi

15 Noyabr 2014 20:12 (UTC+04:00)

Movqe.az goal.az-a istinadən xəbər verir ki , AVRO-2016-nın təsnifat mərhələsi çərçivəsində növbəti oyunlar keçirilir. D qrupunda baş tutan 3 oyunda qapılara 9 top vurulub. 2 görüşdə meydan sahibləri qələbə qazandığı halda, 1 oyunda qonaqlar 3 xala seviniblər.

Səfərdə Gürcüstan millisi ilə qarşılaşan Polşa 4 cavabsız qolla qalib gəlib. İlk hissəsi qolsuz bitən oyunun ikinci yarısında Kamil Qlik (51), Krikovyak (70), Mila (74) və Arkadiuş Milik (90) fərqlənməmklə qonaqlara qələbə gətirib.

Gürcüstan 0-4 Polşa

Ardıcıl 2 turda xal itirən Almaniya debütant Cəbəllütariq millisini qəbul edib. Gözlənildiyi kimi Bundestim təcrübəsiz rəqibini asanlıqla məğlub edib. Almanların heyətində Tomas Müller (12, 29) dubla imza atıb. 38-ci dəqiqədə Mario Götze hədəfi dəqiq nişan almaqla hesab arasındakı fərqi 3-ə yüksəldib. Matçda son qol qonaqlardan gəlib. Santos (67) öz qapısına yol tapmaqla son nəticəni müəyyənləşdirib 4-0.

Almaniya 4-0 Cəbəllütariq

D qrupunda maraqlı oyunlardan biri Şotlandiya və İrlandiya arasında baş tutub. Sürətli və gərgin keçən oyunun taleyini 1 qol həll edib. 75-ci dəqiqədə Şon Meloni şotlandlara minimal hesablı qələbə qaandırıb.

Şotlandiya 1-0 İrlandiya