Yunanıstan şok yaşadı, Rumıniya qrup lideridir

15 Noyabr 2014 21:10 (UTC+04:00)

AVRO-2016-nın təsnifat mərhələsində F qrupunun komandaları da 4-cü oyunlarını keçiriblər.Movqe.az  Goal.az-a istinadən xəbər verir ki, gecənin ən böyük sensassiyası da bu qrupda qeydə alınıb. 2004-cü ilin Avropa çempionu Yunanıstan öz meydanında Farer adalarına minimal hesabla uduzub. 61-ci dəqiqədə Simun Edmundsson fərlənməklə meydan sahiblərini şoka salıb. Qalan vaxtda vəziyyəti düzəldə bilməyən Ellada təmsilçiləri məğlubiyyətlə barışmalı olub.

Yunanıstan 0-1 Farer adaları

Macarıstan millisi eyni hesabla Finlandiyanı məyus edib. 84-cü dəqiqədə Zoltan Geranın vurduğu qol görüşdə yeganə olub.

Macarıstan 1-0 Finlandiya

3 oyundan maksimum xal toplayan Şimali İrlandiya səfərdə Rumıniya ilə münasibətlərini ayırd edib. Bu matç rumınların yeni baş məşqçisi İordanesku üçün ilk sınaq olub. Meydan sahibləri oyunun taleyini 5 dəqiqəyə həll ediblər. Paul Papp 74 və 79-cü dəqiqələrdə britaniyalıları mərkəzə dəvət etməklə görüşün qəhrəmanı olub. Bu qələbədən sonra xallarının sayını 10-a yüksəldən Rumıniya qrupda liderliyi ələ keçirib.

Rumıniya 2-0 Şimali İrlandiya