4 cavabsız qola baxmayaraq, narazı qaldı

15 Noyabr 2014 22:00 (UTC+04:00)

Almaniya millisinin baş məşqçisi Yoaxim Löv AVRO-2016-nın seçmə qrup mərhələsində Cəbəllütariqə 4 cavabsız qolla qalib gəldikləri matç haqqında fikirlərini bildirib.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı böyük hesablı qalibiyyətə rəğmən narazılığını ifadə edib.


"Komandanın oyunundan narazı qalmışam. Oyunçular onlara olan tələb və gözləntiləri doğrulda bilmədi.Əgərə əsl çempionların futbolunu nümayiş etdirmək istəyiriksə, belə oyunlarda 4 qoldan çıx vurmalıyıq. Biz rəqibi öz cəriə meydançası ətrafında sıxışdırmaq istəyirdik. Amma, xüsusilə ikinci hissədə bunu müşahidə etmədim. Onları tez-tez meydanın mərkəzinə buraxırdıq. Futbolçular dar oynayırdı. Komanda, açıq-aşkar dünya çempionatından sonra boşalıb. İspaniya ilə başqa cür oynayacağımızı düşünürəm. Çempion olduğumuz ili major notlarla başa vurmaq istərdim."