Obama Rusiyanı Ebola ilə eyni tutdu

15 Noyabr 2014 22:13 (UTC+04:00)
Movqe.az milli.az-a istinadən xəbər verir ki , ABŞ PrezidentiBarak ObamaAvstraliyanın Brisbene şəhərində keçirilən G20 sammitində çıxış edib. O, Rusiyanın Ukrayaya qarşı hərəkətlərini bütün dünya üçün təhlükə adlandırıb.

"Qərbi Afrikada yayılan Ebola virusuna qarşı mübarizəsinə və bəşəriyyət üçün təhlükə olan Rusiyanın Ukraynaya təcavüzünə qarşı çıxan dünya birliyinə rəhbərlik edirik. Dəhşətli MH17 qəzasından sonra biz buna əmin olduq", - o əlavə edib.

Qeyd edək ki, Obama bundan əvvəl də Rusiyanı dəhşətli Ebola virusu ilə eyniləşdirib. ABŞ Prezidenti sentyabrın 24-də 69-cu BMT Baş Assambleyasının açılışında çıxış edərkən demişdi ki, müasir dünyanı təhdid edən üç təhlükə var: birincisi Ebola virusu, ikincisi Rusiyanın Ukraynaya qarşı hərəkətləri, üçüncüsü isə "İslam dövləti"dir.

Rusiya Federasiyasının xarici işlər naziriSergey LavrovABŞ Prezidentinin çıxışına münasibət bildirib. O deyib ki, bu, "dünyaya Amerika baxışıdır".

"Öz Milli Təhlükəsizlik haqqında doktrinasında BMT Təhlükəsizlik Şurasının qərarı və beynəlxalq hüquqi aktların olmadığı təqdirdə belə güc tətbiq etmək barədə özü qərar verməyi qeyd edən bir ölkənin baxışıdır".