Aygün Kazımova tamam soyunacaq

15 Noyabr 2014 13:03 (UTC+04:00)

Xalq artisti Aygün Kazımova yenidən əməliyyat olunduğu haqda yayılan məlumatlara aydınlıq gətirib.

Movqe.az qafqazinfo.az-a istinadən xəbər verir ki , "ATV maqazin" verilişinə açıqlamasında xalq artisti yayılan məlumatların əsassız olduğunu bildirib:

"Hələ ki, imicim hazır deyil. Hazır olanda şəhərin 90 faizinin ürəyi gedəcək. Ciddi rejimdəyəm. Axşam 12-də, yatıb səhər 7-də oyanıram, 7 kilometr qaçıram. Tennis oynayıram, üzgüçülüklə məşğul oluram. İstədiyim nəticəni əldə edəndə şoka düşəcəksiniz. İdmanla əldə etdiyim nəticəni əməliyyatla əldə edə bilməmişəm. Yaradıcılıqla məşğulam. Vətənə dönməyi planlaşdırmıram. Dekabrda məni klip çəkilişində görəcəksiniz. Klipdə heç vaxt olmadığım imicdə olacam. Fotosessiyalarımı çox bəyənəcəksiniz. Əynimdə 15-20 sm-lik parça olacaq. Geyimlərə son qoyuram, əziyyətimin nəticəsini görəcəksiniz".