Co Bayden hərbi yardım müzakirələri üçün Kiyevə gəlir

16 Noyabr 2014 10:09 (UTC+04:00)

ABŞ-ın vitse- prezidenti Co Baydenin 21 noyabrda Kiyevə səfərində hərbi hərəkətlərin tammiqyaslı genişlənəcəyi halda Ukraynaya silahın çatdırılması məsələsi müzakirə olunacaq.

Movqe.az publika.az-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenkonun məsləhətçisi Oleq Maxniski bildirib.

Maxniskinin məlumatına görə, ABŞ vitse-prezidentinin Kiyevdə aparacağı danışıqlarda müsbət nəticə əldə olunarsa, sonrakı konsultasiyalar üçün konkret vaxt və hərbi yardımın həcmi müzakirə olunacaq. Poroşenkonun məsləhətçisi həmçinin Ukrayna hərbçilərinin praktik təlimi ABŞ hərbi təlimatçılarının cəlb edilməsi perspektivini istisna etməyib.

"Biz ABŞ-dan bizim üçün vuruşmağı xahiş etmirik, ancaq müasir müharibələrin aparılması üçün bizə ABŞ-ın təcrübəsi lazımdır",- deyə Maxniski bildirib.