Əlcəzair Prezidenti xəstəxanaya yerləşdirildi

16 Noyabr 2014 10:21 (UTC+04:00)

Əlcəzair Prezidenti Əbdüləziz Buteflikanın səhhətində problem yaranıb.

Movqe.az publika.az-a istinadən xəbər verir ki,77 yaşlı Prezident Fransanın Qrenobl şəhərindəki klinikalardan birində yerləşdirilib.

2005-ci ildə Paris yaxınlığındakı Val-de-Qras xəstəxanasında əməliyyat olunan Prezident 2006-cı, 2011-ci və 2013-cü illərdə insulta görə Fransada müalicə edilib.


Əbdüləziz Buteflikanın hazırda Qrenoblda hansı xəstəlikdən müalicə olunması barədə məlumat verilmir.