Skype-da daha bir yenilik

16 Noyabr 2014 15:00 (UTC+04:00)

Amerikanın Microsoft kompaniyası səs və görüntü ötürən populyar proqramın internet brauzerlərə çıxışına imkan yaradan Skype for Web servisinin beta versiyasının istifadəçilərə təqdim olunduğunu bəyan edib.

Movqe.Az AzərTAc-a istinadən bildirir ki, bu servis sayəsində kompyuter və ya portativ qurğulara əlavə proqram yükləmədən brauzerlər vasitəsilə Skype proqramından istifadə etmək mümkün olacaq.Microsoft kompaniyasının məlumatına görə, bu imkanlardan yalnız Internet Explorer, Windows üçün Chrome, həmçinin Firefox və Safari brauzerlərinin istifadəçiləri yararlana biləcəklər.

Servisin tam versiyasınınbir neçə həftə sonra işə salınacağı gözlənilir.