Facebook-da 13 yaşlı qızı tovlayıb zorladı

16 Noyabr 2014 16:07 (UTC+04:00)
Türkiyə polisi azyaşlı qızları zorlayan manyaklardan ibarət dəstə üzvlərini tutub.

Movqe.az milli.az-a istinadən xəbər verir ki, hadisə İstanbul şəhərində 13 yaşlı qızın hamilə qalmasından sonra baş verib.

Belə ki, 13 yaşlı qız şiddətli qarın ağrısı ilə xəstəxanaya gətirilib. Müayinə zamanı qızın hamilə olduğu müəyyənləşib. Araşdırmalar zamanı məlum olub ki, qız Facebook-da 23 yaşlı bir kişi ilə tanış olub. Bir müddət sonra yeni tanışı qızı görüşə dəvət edib. Görüş zamanı təzə tanışı qıza hədə-qorxu gələrək onu zorlayıb. Bu barədə valideynlərinə desə, onları öldürəcəyini deyib. Qız ifadəsində sonradan həmin şəxs və onun digər dostları tərəfindən dəfələrlə cinsi təcavüzə məruz qaldığını deyib.

Polis hadisəni araşdırmaq üçün xüsusi əməliyyat qrupu yaradıb. Qızın Facebook səhifəsi araşdırılmağa başlanıb. Tez bir zamanda onu zorlayan manyakların kimliyi məlum olub.

Eyni zamanda o da müəyyənləşib ki, həmin qrup üzvləri digər azyaşlı qızları da aldadaraq zorlayırmışlar.

Keçirilən əməliyyat zamanı 6 nəfər azyaşlı qızları zorlayan manyak tutulub. Lakin 2 nəfər qaçmağı bacarıb.

Araşdırmalar zamanı məlum olub ki, manyakların əsas qurbanları 10-16 yaşlı qızlar olub. Bu vaxta qədər həmin şəxslər 14 azyaşlını zorlayıb.

Polis qaçan digər 2 nəfəri axtarır.