"Qəbələ" gənc oyunçu ilə maraqlanır

16 Noyabr 2014 17:00 (UTC+04:00)

"Qəbələ" "Bakı"nın istedadlı oyunçusu Nicat Süleymanovla maraqlanır. Bölgə klubu gələcəyinə böyük ümid bəslənilən futbolçu heyətinə qatmağa çalışır.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, 17 yaşlılardan ibarət yığma komandamızın da aparıcı üzvü olan Nicat hazırda "Bakı"nın əvəzedici heyətində çıxış edir. "Qəbələ" ilə yanaşı digər klublar da Süleymanovu heyətində görmək istəyir. Amma potensialına böyük ümidlər bəslənilən Nicatı hazırkı klubu buraxmaq istəmir.