Kloze qışda klubunu dəyişə bilər

16 Noyabr 2014 18:01 (UTC+04:00)

"Lazio"nun alman hücumçusu Miroslav Kloze qış transfer dönəmində klubunu dəyişə bilər. Movqe.az Goal.az -a istinadən xəbər verir ki, hücumçu Rusiya, İngiltərə və ABŞ klublarından təkliflər alır. Dünya çempionatından sonra Bundestimdə çıxışlarını başa vuran Mironun yayda futboldan gedəcəyi gözlənilir. Lakin klublar Mundialların bombardirini heyətdə görmək üçün hələ də maraq göstərirlər.

Qeyd edək ki, Kloze cari mövsümdə A Seriyasında 9 oyunda meydana çıxıb. Bu qarşılaşmalarda hücumçu qol vurmaqla, 2 məhsuldar ötürmənin də müəllifi olub.