Bu günə olan hava proqnozu

16 Noyabr 2014 09:10 (UTC+04:00)

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.


Şimal küləyi 8-13 m/s, axşama doğru arabir 16-18 m/s olacaq.


Temperaturun gecə 8-11° isti, gündüz 13-17° isti, Bakıda gecə 8-10° isti, gündüz 13-15° isti olacağı gözlənilir.


Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə və axşam 85-95, gündüz 60-70 faiz təşkil edəcək.


Naxçıvan Muxtar Respublikasında arabir havanın yağıntılı olacağı gözlənilir.


Şimal küləyi 5-10 m/s olacaq, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Temperaturun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 9-14° isti olacağı gözlənilir.


Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında


arabir havanın yağıntılı olacağı gözlənilir.


Şimal küləyi 5-10 m/s olacaq, gündüz ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.


Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.


Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir.


Şimal küləyi 5-10 m/s olacaq, gündüz ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.


Temperaturun gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında


arabir havanın yağıntılı olacağı gözlənilir.


Şimal küləyi 5-10 m/s olacaq, gündüz ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.


Temperaturun gecə 0-5° isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.


Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında


hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru yağış yağacağı gözlənilir.


Şimal küləyi 5-10 m/s olacaq, gündüz ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.


Temperaturun gecə 5-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir.


Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında


gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir.


Şimal küləyi 5-10 m/s olacaq, axşam arabir güclənəcək.


Temperaturun gecə 7-10° isti, gündüz 13-16° isti, dağlarda gecə 1-6° isti, gündüz 8-13° isti olacağı gözlənilir.