Bir gecədə 20 maşını yandırdılar
16 Noyabr 2014 19:00 (UTC+04:00)
Türkiyənin İstanbul şəhərində güclü yanğın hadisəsi qeydə
alınıb.
Movqe.az-ın milli.az-a istinadən məlumatına görə, İstanbulun
Bəyoğlu və Kiçikçəkməcə rayonlarında parkinqdə olan 20 avtomobil
kimliyi naməlum şəxslər tərəfindən yandırılıb. Avtomobillərin
alışdığını görən ətrafdakı vətəndaşlar hadisəni mobil telefonları
ilə çəkməyə başlayıblar.
Hadisə ilk olaraq Bəyoğlu rayonunda gecə saatlarında baş verib.
Naməlum şəxslər 10 avtomobilin üzərinə benzin tökərək "Molotov
kokteylləri" atıb ərazidən uzaqlaşıblar. Hadisədən xəbər tutuan
polis və yanğınsöndürmə qrupu dərhal yanğının qarşısının almağa,
ətrafdakı insanları uzaqlaşdırmağa çalışıb. Yanan avtomobillər
tamamilə yararsız vəziyyətə düşüb.
Daha sonra İstanbulun başqa bir səmti – Kiçikçəkməcə rayonunda da
eyni cür hadisənin baş verdiyi bildirilib. Yanğınsöndürənlər alışan
və yararsız vəziyyətə düşən avtomobilləri söndürərək yanğının
böyüməsinin, ətrafa zərər verməsinin qarşısını alıblar.
Hadisəni kimlərin törətdiyi barədə polis tərəfindən araşdırma
aparılır.