60 yaşlı insan hüquqları müdafiəçisi adada demokratiyaya keçid prosesinin sülh yolu ilə olması çağırışı ilə gündəmdə idi.
Paya, Kubada bütün seqmentlərin iştirakı ilə milli dialoq mühiti yaradılmasını istəyirdi.
Osvaldo Paya ilk dəfə beynəlxalq ictimaiyyətin diqqətini, 2002-ci ildə Kubada demokratik islahatlar üzərinə referendum çağırışı ilə 30 mindən artıq imza toplayaraq öz üzərinə çəkib.
Həmin il Avropa Parlamenti tərəfindən Saxarov insan hüquqları mükafatına layiq görülüb.
Dindar bir katolik olan Osvaldo Paya, 1969-cu ildə inancları səbəbiylə iş düşərgəsinə göndərilib.
Osvaldonun avtomobilinin bir ağaca çarpdığı bildirilib, lakin qəza ilə bağlı əlavə məlumat açıqlanmayıb.
Osvaldo Payanın ölümü, keçən oktyabr ayında başqa bir müxalif ad olan, "Bəyazlı Qadınlar" etiraz qrupunun yaradıcısı kubalı müxalif Laura Polandın ölümünü izləyir.