Daha iki ölkə ilə viza rejimi sadələşəcək
16 Noyabr 2014 22:13 (UTC+04:00)
Azərbaycan hökuməti İsveçrə və Norveçlə viza rejiminin
sadələşdirilməsi və readmissiyalar haqqında sazişlərin
imzalanmasına hazırlığı başa çatdırıb. Movqe.az xəbər verir ki ,
bunu Trend-ə Azərbaycan xarici işlər nazirinin
müaviniMahmud Məmməd-Quliyevdeyib.
Onun sözlərinə görə, bütün dövlət daxili prosedurlar başa
çatdırılıb və sənədlərin yaxın vaxtlarda imzalanması gözlənilir:
"Razılaşmaya əsasən, Şengen zonasına daxil olan İsveçrə və Norveçlə
sadələşdirilmiş viza rejimi Avropa İttifaqı ilə sazişlərin
şərtlərinə uyğun olacaq".
Aİ ölkələri ilə saziş bu il sentyabrın 1-də qüvvəyə minib. Mövcud
saziş Aİ-yə daxil olan Danimarka, Böyük Britaniya və Şimali
İrlandiya, həmçinin Şengen zonasına qoşulmuş İslandiya, Norveç,
İsveçrə və Lixtenşteynə şamil edilmir.
M.Məmməd-Quliyev əlavə edib ki, Norveç və İsveçrədən başqa, sazişə
qoşulmamış digər ölkələrlə hazırkı mərhələdə danışıqlar aparılmır:
"Əgər belə zərurət yaranarsa, bu ölkələrlə də viza rejiminin
sadələşdirilməsi və readmissiyalar haqqında ayrıca saziş
imzalanacaq".
Qeyd edək ki, sazişlərə müvafiq olaraq, viza yığımları 60 avrodan
35 avroyadək endiriləcək, vətəndaşların bəzi kateqoriyaları isə
yığımlardan azad ediləcək. Tez-tez səfər edən bəzi kateqoriyalı
şəxslər üçün Aİ-nin üzv ölkələri tərəfindən 1 ildən 5 il
müddətinədək çoxdəfəlik vizalar veriləcək. Diplomatik pasportları
olanlar isə viza almaqdan azad edilirlər.