11 aylıq körpəni itlər gəmirdi
16 Noyabr 2014 22:00 (UTC+04:00)
Rusiyada, Podmoskovyedə tükürpədən hadisə baş verib.
Movqe.az Milli.Az-a istinadən bildirir ki, Moskva vilayətində 11
aylıq uşağı itlər gəmirərək öldürüblər.
Hüquq-mühafizə orqanlarından bildiriblər ki, səhər çağı polis
bölməsinə Moskva vilayəti İstrinski rayonu Mansurovo kəndində
balaca uşağın cəsədinin tapıldığı barədə məlumat daxil oluib.
Çağırışa gedən polislər bağ sahələrindən birində 11 aylıq qız
uşağının cəsədini tapıblar. Onu itlər gəmirmişdilər. Hadisə vaxtı
isə, deyilənə görə, uşağın valideynləri uzaqda olmayıblar və
spirtli içki içərək keflənirmişlər. O qədər sərxoş olublar ki, baş
vermiş hadisəni də doğru-düzgün anlada bilməyiblər.
Hadisə ilə bağlı araşdırma aparılır. Üstəlik, itlərin uşağın üstünə
qısqırdılması versiyası da araşdırılır.