Meksikada uşaqlarla dolu avtobus aşıb, xeyli ölən və yaralı var

16 Noyabr 2014 23:00 (UTC+04:00)
Meksikada uşaqlarla dolu avtobus aşıb, nəticədə azı 4 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Morelos ştatında baş verib.

Məlumata görə, avtobus uşaqları Tepostlan turizm şəhərinə gəzintiyə aparırmış. Qəzanın əyləc sistemində yaranmış problemlə bağlı olduğu ehtimal edilir.

Ölənlərdən üçünün yaşlı, birinin isə uşaq olduğu bildirilir. Avtobusda, ümumilikdə, 42 nəfər olub, xəsarət alanlardan çoxunun vəziyyətinin kritik olduğu bildirilir.