Rumıniyada prezident postuna alman seçildi

17 Noyabr 2014 09:41 (UTC+04:00)

55 yaşlı alman Klaus Yohannis Rumıniya prezidenti seçilib. Noyabrın 16-da keçirilmiş ikinci turda o, 51 faiz səs toplayıb. Klaus Yohannis Müxalif Milli Liberal Partiyanın təmsilçisi, Sibiu şəhərinin meridir. Hazırkı baş nazir, hakim koalisiyaya daxil olan Sosial Demokrat Partiyasının namizədi Viktor Ponta 49 faiz səs yığıb.