İraqda 150 İŞİD üzvü öldürülüb

17 Noyabr 2014 09:42 (UTC+04:00)

İraq Ordusu Diyalada İŞİD-ə qarşı geniş çaplı əməliyyata başlayıb.Movqe.az xəbər verir ki, İraq Müdafiə Nazirliyinin yaydığı məlumataına görə, əməliyyatın əsas hədəfi İdəm Su Anbarının terrorçuların əlindən alınmasından sonra onun ətrafındakı 17 kəndi azad etməkdi.

Eyi zamanda nazirlik bildirib ki, Səlahəddin vilayətinin Beyci mahalında keçirilən əməliyyatlarda son iki gündə 150 İŞİD üzvü qətlə yetirilib. Öldürülən terrorçuların əksəriyyəti əcnəbi vətəndaşlar olub.