Bakıda İran sərgisi açılıb

17 Noyabr 2014 09:45 (UTC+04:00)

Bu gün Bakı Ekspo Mərkəzində İran İslam Respublikasında istehsal olunan məhsulların sərgisi açılıb.Movqe.az xəbər verir ki, sərginin məqsədi ölkələrimiz arasında ticarət əlaqələrini genişləndirmək və iş adamlarını tanış etməkdir. Dörd gün davam edəcək sərgidə İranın müxtəlif vilayətlərində fəaliyyət göstərən 47 şirkətin istehsal etdiyi müxtəlif məhsullar nümayiş etdiriləcək. Sərgidə əsasən turizm, nəqliyyat, neft-kimya, avtomobil, tibb və məişət əşyaları istehsal edən şirkətlər təmsil olunacaqlar.