Daha bir prospekt bağlanıb

17 Noyabr 2014 11:00 (UTC+04:00)

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.Movqe.az-ın məlumatına görə, Nobel prospekti Zığ şossesi istiqamətində ("Ağ şəhər"in qarşısı) aparılan qazıntı işləri ilə əlaqədar yolun 3 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Sürücülərə alternativ olaraq Babək prospektindən istifadə etmələri tövsiyə olunur.