Sosial islahatların
Azərbaycan modelinin tətbiqi nəticəsində əldə olunmuş əsas
nailiyyətlərdən biri ölkənin iqtisadi həyatı ilə pensiyaçıların
sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında
əlaqələndirilməsinin təmin edilməsidir". Movqe.az-ın
məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il
üçün büdcə layihəsi barədə media nümayəndələrinə açıqlama verən
Fondun sədri Elman Mehdiyev deyib.
E.Mehdiyevin sözlərinə görə Azərbaycanın müasir əsaslı
sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı
fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara
görə təyin olunan pensiyalar həlqəsi qurulmuşdur ki, bu şəraitdə
ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan
əməkhaqlarının artımı DSMF-nin gəlirlərinin artımını da
şərtləndirir. Pensiyaların və fərdi hesablara toplanan sosial
sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il
indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli
şəkildə qorunmasını təmin edir. Beləliklə, ölkəmizdə iqtisadi
həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının
davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət
göstərir ki, bu əsasda formalaşan Dövlət Sosial Müdafiə Fondunun
büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı
nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin
pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə
edir. Həmin mexanizmin çevik fəaliyyəti nəticəsində ölkədəki
iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı,
daimi yeni iş yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi
hesabına son 10 il ərzində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə
daxil olmuş sosial sığorta haqlarının məbləği 8 dəfə artaraq 1
milyard 780 milyon manata çatmışdır. DSMF-nin 2015-ci ildə isə
sosial sığorta haqları üzrə gəlirləri 1 milyard 950 milyon manat
məbləğində nəzərdə tutulur. Növbəti ildə 60 yaşdan yuxarı şəxslərin
əhalinin cəmi sayındakı xüsusi çəkisinin 9,2% təşkil edəcəyi nəzərə
alınarsa, bu kateqoriyanın əhalinin strukturundakı payının hər 1
faizinə ÜDM-in 0,50%-i qədər pensiya xərci düşür ki, bu da
beynəlxalq aləmdə qəbul edilmiş göstəriciyə (0,3-0,48%) uyğundur.
Fondun 2015-ci il üçün büdcə proqnozları barədə məlumat verən
E.Mehdiyev bildirib: "Növbəti il üzrə fondun büdcə layihəsi
hazırlanarkən əsas inkişaf göstəriciləri, eləcə də növbəti il üzrə
ölkədə orta aylıq əmək haqqının artım göstəriciləri nəzərə alınıb".
Qeyd olunub ki, layihədə DSMF-nin 2015-ci il üçün gəlirləri 3
milyard 56 milyon manat proqnozlaşdırılır ki, bu da 2014-cü ilin
göstəricisinə nisbətən 127,8 milyon manat və ya 4,4 faiz çoxdur.
Fondun 2015-ci il üçün gəlirlərinin 64 faizini və ya 1 milyard 950
milyon manatını məcburi dövlət sosial sığorta haqları üzrə
daxilolmalar təşkil edəcək. DSMF-nin ümumi daxilolmalarında dövlət
büdcəsindən ayrılan transfertin məbləğinin xüsusi çəkisi isə 36%-ə
enəcəkdir. Qeyri-büdcə üzrə gəlirlərin artımının növbəti ilin büdcə
layihəsində xüsusilə hədəfə alındığını vurğulayan DSMF sədri
diqqətə çatdırıb ki, bu hesaba Fondun 2015-ci il üçün büdcəsi
layihəsində ümumi gəlirlərin daxilində qeyri-büdcə daxilolmalarının
əhəmiyyətli şəkildə, 2014-cü ilin proqnozu ilə müqayisədə 11,7 faiz
artımı nəzərdə tutulub.