6 milyard borcumuz var
17 Noyabr 2014 10:52 (UTC+04:00)
Maliyyə Nazirliyi Azərbaycan Respublikasının
xarici dövlət borcunu açıqlayıb.
01 oktyabr 2014-cü il tarixinə Azərbaycanın xarici
dövlət borcu 6 milyard 380,7 milyon ABŞ dolları (5 milyard 005,1
milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM)
olan nisbəti 8.5 faiz təşkil edib.
Borc vəsaitlərinin 7.4%-i 10 ilə qədər, 61,3%-i 10
ildən 20 ilə qədər, 31,3%-i isə 20 ildən artıq olan müddətə cəlb
olunub.
01 oktyabr 2014-cü il tarixi vəziyyətinə xarici
borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi
olub:
XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma
Hüquqları) - 10,4 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 63,7
faiz, avro – 21,7 faiz, yapon yeni – 2,2 faiz, İslam dinarı – 0,8
faiz, Səudiyyə rialı – 0,5 faiz, BƏƏ dirhəmi – 0,5 faiz, Küveyt
dinarı – 0,2 faiz.
Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam
İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya
Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə
qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar
proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən
qurulması, habelə yol tikintisi, regionların su təchizatının
yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin
təkmilləşdirilməsi, sənaye və s. sahələrə sərf edilib.