Enerji içkilərinin satışı qadağan ediləcək

17 Noyabr 2014 11:39 (UTC+04:00)
Paytaxt Moskvada enerji içkilərinin satışına qadağa qoyula bilər. Bu haqda İzvestiya qəzetinə Moskva Şəhər Dumasının Bədən Tərbiyəsi, İdman və Gənclər Siyasəti üzrə komisiyya sədri Kiril Şitov açıqlama verib. Onun sözlərinə görə, təklifi parlamentə Vahid Rusiyanın Gənc  Qvardiyası verib. Noyabr ayında isə qanun layihəsinin hazırlanması üçün komissiyanın birgə iclası keçiriləcək. 2015-ci ilin yazında isə layihənin qüvvəyə minməsi gözlənilir.