İlanın yerinə nənəsini vurdu
23 İyul 2012 13:55 (UTC+04:00)
Movqe.Az türk mediasına istinadən
bildirir ki, Türkiyədə Ömər adında 17 yaşlı gənc evinin
baxçasındakı ilanı vurmaq üçün atasına aid ov tüfəngini doldurmağa
çalışdığı an, silahın atəş açması nəticəsində ata tərəfdən 78 yaşlı
nənəsi Xədicə boynundan yaralanıb.
Həkimlərin ilkin müdaxiləsdən sonra "Akyazı Dövlət
Xəstəxanası"na aparılan yaşlı qadın, buradakı müdaxilələrə
baxmayaraq dünyasını dəyişib. Ömər polis nəzarəti altına
alınıb.