Polisin boğazını kəsdilər
17 Noyabr 2014 12:39 (UTC+04:00)
Azərbaycanda polis postunda dava
olub.
Movqe.-az-ın APA-ya istinadən verdiyi məlumata
görə, hadisə Baş Dövlət Yol Polisi İdarəsinin Zaqatala və Balakən
rayonunun sərhədində yerləşən "Katex" postunda qeydə
alınıb.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis
serjantı Anar Xəlilov xidmətdə olarkən Balakən rayonu istiqamətində
hərəkət edən, Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Vüsal Elman
oğlu Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı, 90 HO 877 dövlət
nömrə nişanlı avtomobili yol hərəkəti qaydalarını pozduğu üçün
saxlayıb. Buna etiraz edən sürücü ilə yol polisi əməkdaşı arasında
mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib və V. Əhmədov
A. Xəlilova xəsarət yetirib. Nəticədə polis əməkdaşı A. Xəlilov
boğaz nahiyəsindən kəsilmiş xəsarətlə Zaqatala Mərkəzi Rayon
Xəstəxanasına yerləşdirilib.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni
törədən V. Əhmədovun idarə etdiyi avtomobildə olan sərnişin,
1995-ci il təvəllüdlü Oqtay Kamal oğlu Qarayevdən narkotik
götürülüb və hər iki şəxs saxlanılıb.
Zaqatala Rayon Polis Şöbəsindən APA-ya faktı
təsdiqləyiblər. Bildirilib ki, polis əməkdaşına xəsarət yetirilməsi
faktı ilə bağlı Zaqatala Rayon Prokurorluğunda, sərnişindən
narkotik götürülməsi faktı ilə bağlı isə Rayon Polis Şöbəsində
araşdırmalar aparılır.