Azərbaycanlı teleaparıcının xanımı: "Ailəmdə söz-söhbətlər olub"

17 Noyabr 2014 12:45 (UTC+04:00)
Movqe.az xəbər verir ki, teleaparıcı Turan İbrahimovun həyat yoldaşı stilist Nərmin sosial şəbəkədə ailə həyatından yazıb. "Gəlin bəzəyərkən gəlinlərin həyəcanını çox yaxşı başa düşürəm. Çünki mən də o həyəcanı yaşamışam. Bu böyük məsuliyyətdir. Ata evindən gəlin köçüb, yad evdə bir ömür yaşayırsan. Ayrı ev, ayrı insan və başqa bir ev. İnsan sevdiyi şəxsə ərə gedərkən səbirsizliklə bu günü gözləyir. Mən də həyəcanla bu günü gözləyirdim. Arzularımla ailə həyatı qurmuşam və xoşbəxtəm. Heç kim deyə bilməz ki, ailəmdə söz-söhbət olmayıb. Hər ailədə olduğu kimi, mənim də ailəmdə olub. Əsas - ailəni qoruyub-saxlamaqdır. Ana olmaq böyük nemətdir. Bu gün Turanla evliliyimizin 6 ili tamam olur. Allah hər ailəni xoşbəxt eləsin. Mən xoşbəxtəm".