Gürcüstan vətəndaşı Bakıda girov götürülüb - VİDEO

17 Noyabr 2014 13:21 (UTC+04:00)

Gürcüstan vətəndaşı Bakıda girov götürülüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, Baş Cinayət-Axtarış və Baş Mütəşəkkil Cİnayətkarlıqla Mübarizə idarələri və Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 11-dən 14-dək olan müddətdə Gürcüstan vətəndaşı Boris Maçaidzeni Bakı şəhəri ərazisindəki müxtəlif evlərdə girov saxlayıb öldürəcəkləri ilə hədələyərək buraxılması müqabilində ailə üzvlərindən 10.000 manat tələb etmiş həmyerliləri Georgi Qatanadze, Teymurazi Kobaxidze, Mogeli Gelaşvili və Bakı şəhər sakini Rəfayel Xubalaşvili tutulublar.