Yeni helikopter açıqlaması
17 Noyabr 2014 14:42 (UTC+04:00)
"Cəbhədəki son insident bir daha sübüt etdi ki,
Qarabağ münaqişə mümkün qədər tez həll olunmalıdır". Bunu
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Azərbaycanın
işğal olunmuş ərazilərində Ermənistan hərbi helikopterin vurulması
ilə bağlı açıqlamasında deyib. Səfirin sözlərinə görə, hadisələrin
necə cərəyan etməsi ilə yanaşı, problemin ozünün niyə hələ də davam
etməsi məsələsi araşdırılmalıdır.
"Hadisələrin necə cərəyan etdiyinə və sair baxıla
bilər, amma əsas odur ki, Azərbaycan torpaqları niyə hələ də işğal
altındadır? Türkiyənin hər zaman Azərbaycanın yanında olacağı
aşkardır".
Qeyd edək ki, noyabrın 12-də saat 13:45
radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr
şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli
helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib.
Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən
helikopteri məhv edilib.