Ermənilərin yeni şok etirafı
17 Noyabr 2014 15:38 (UTC+04:00)
"Ağdamda helikopterin vurulmasında məsuliyyət
Ermənistanın boynuna düşür".
ANS PRESS-in məlumatına görə. bu barədə erməni
politoloq, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin
rəhbəri Artur Sakuns bu gün dərc olunmuş müsahibəsində
bildirib.
Buna görə də, Artur Sakuns helikopterin
vurulmasının dəqiq araşdırılmasını vacib sayır: "Əks halda, bu,
müxtəlif cür manipulyasiyalara və psevdopatriotik çıxışlara səbəb
olacaq".
Politoloq hadisənin Rusiyanın təsiri altında baş
verdiyini vurğulayır: "Rusiya bir tərəfdən Ermənistan ordusunun
təmas xəttinə yaxın ərazidə təlim keçməsinə mane olmadı. Digər
tərəfdən Azərbayjanın bu gərginliyə səbəb olmuş addımının qarşısını
almadı. Tərəfləri qızışdıran Rusiya desicnmeyker rolu qazanır".
(Burada qeyd etmək lazımdır ki, Artur Sakuns əksər erməni
politoloqların istifadə etdiyi "Dağlıq Qarabağ ordusu", "Dağlıq
Qarabağ sərhədi" ifadələrini istifadə etmir və Ermənistan ordusu,
təmas xətti sözlərini işlədir - red.).
Artur Sakuns erməni tərəfi helikopterin
vurulmasına kəskin addımlarla cavab verməməyə çağırıb. Onun
fikrincə, bu yalnız gərginliyi artırar, qurbanlara səbəb olar, ilk
növbədə Dağlıq Qarabağ, bütünlükdə isə Azərbaycan və Ermənistan
üçün, bütün region üçün dağıdıcı nəticələrə
gətirər.
"Hadisələrin bu cür inkişafı yalnız Putinə və onun
siyasətinə əlverişlidir. Putin istəyir ki, ona tabe olan ərazilərdə
vəziyyəti gərginləşdirsin. Biz Putinin təcavüzkar geosiyasətinin
alətlərindən birinə çevrilmişik. Ona görə də ilk növbədə biz zərər
çəkəcəyik", - deyə erməni politoloq Artur Sakuns
vurğulayıb.