ABŞ-ın Qarabağ siyasətinə Vaşinqtonda sərt etiraz

18 Noyabr 2014 09:00 (UTC+04:00)

Tanınmış amerikalı ekspert Devid Bernşteyn "The Daily Caller" qəzetində rəsmi Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsilə bağlı siyasətini ifşa edən maraqlı bir yazı ilə çıxış edib. Müəllif yazır: "Vaşinqton beynəlxalq ictimaiyyətin digər üzvləri kimi Avrasiyada özünün əsas tərəfdaşlarından olan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Bununla belə, ABŞ Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılan separtçı rejimə birbaşa maliyyə yardımı göstərən yeganə dövlətdir. Qarabağ sepaartçılarına yardım göndərən ABŞ öz doğma yurdlarından etnik təmizləməyə siyasəti nəticəsində zorla qovulan bir milyondan artıq azərbaycanlıya gəldikdə, nədənsə daha az təşəbbüskar olur". Müəllif buna konkret nümunələrdən biri kimi 1992-ci ildən etibarən erməni lobbisinin təşəbbüsü ilə Azərbaycana qarşı tətbiq edilən "Azadlığı dəstək aktı"na əlavə olunan 907-ci düzəlişin hələ də qüvvədə saxlanılmasını göstərir.Beləliklə, ABŞ ölkəmizə qarşı heç də xoş olmayan bir mövqe sərgiləyir.

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri hesab edir ki, bu siyasət ikili standartın nümunəsidir: "Çünki, yardımların olması həmin sepratçı rejimləri fəaliyyətlərində daha da stimullaşdırır. Digər tərəfdən, nəzərə almaq lazmdır ki, ortada işğal faktoru var. İşğalçı, dünya birliyi tərəfindən tanınmayan bir separatçı rejimə ABŞ kimi ölkənin hər il maliyyə yardımı etməsi beynəlxalq hüquqa, normal siyasətə sığan əməl deyil. Bu yöndə zaman-zaman tənqidlər də olur. Son zamanlar bu yardımların kəsilməsi istiqamətində ABŞ-da müəyyən fikirlər səslənirdi. Lakin əgər yenidən belə bir yardımın olunması ilə bağlı qərar veriləcəksə, bu, ikili standartın bariz nümunəsi olacaq".

Politoloq əlavə etdi ki, ABŞ siyasətində bəzən yalnışlıqlar olur: "Bu yalnışlıqları düzəltmək isə ABŞ üçün uzun illər tələb edir. Nəinki Dağlıq Qarabağsepartçı rejimə, hətta Ermənistana olunan ABŞ yardımların özü də anlaşılan deyil. Çünki, Ermənistan bu gün Qərb-Rusiya qarşıdurmasında məhz ikincini seçib. Avrasiya İqtisadi Şurasına üzvlüklə bağlı müraciət edib və qəbul olunub. Bu məsələ parlament tərəfindən radifikasiya edilib. Yəni, Rusiyanın orbitində olan bir ölkəyə ABŞ-ın yardım etməsi doğru deyil. Həm də bu ölkəmim işalçı olması yardımınedilməsini anlaşılan etmir. Burada müəyyən səbəblər göstərilə bilər ki, ABŞ-ın qanunverici orqanında erməni lobbisinin köməkliyi ilə seçilən konqresmenlərin sayı çoxdur. Amma dövlətin maraqlarına heç bir lobbi təsir etmək gücünə malik deyil. Sadəcə, bu maraqların özü ikilidir. Konkret dəyərlər yalnız kağız üzərindədir. Çünki, bəzi geosiyasi maraqlar üzündən lazım gələndə dövlət özünün elan etdiyi prinsipərləri pozur. Yəni, bunun mahiyyəti ikili siyasətdir. Demokratik, hüquqi dövlət üçün heç də başucalığı gətirəcək siyasət deyil".

Digər siyasi şərhçi Adıgözəl Məmmədov isə problemi sırf lobbiçilik fəaliyyətində görür: "ABŞ-ın siyasəti zaman-zaman hətta onun bir çox partnyorlarını qane etmir. ABŞ lobbilərin təsir imkanlarının nəticəsi olaraq, xarici siyasətində öz korrektələrini buraxa biləcək qruplaşmalarla zəngindir. ABŞ-da hansısa öz marağına uyğun siyasət formalaşdırmaq istəyirsənsə, külli miqdarda pul xərcləməlisən. ABŞ bizim ölçülərimizlə formalaşmış, siyasi cəhətdən monoton dövlət deyil. ABŞ-ın daxili və xarici siyasətində lobbi qurumlarının böyük təsiri var".