Dəsmal evdə bakteriyaların yayılmasının əsas mənbəyidir

18 Noyabr 2014 09:34 (UTC+04:00)

Evdə bakteriyaların yayılmasının əsas səbəbkarı dəsmaldır. Bu nəticəyə Arizona Universitetindən olan amerikalı tədqiqatçılar gəliblər.

Və söhbət təkcə mətbəx dəsmallarından getmir, hamam dəsamalları da xəstəliktörədici mikroorqanizmlər yaya bilir.

Problem iki hissədən ibarətdir: birincisi, dəsmal rütubəti uzun müddət saxlayır və bu da bakteriyaların sağ qalmasına imkan yaradır. Ikincisi, onlar evin bakteriyalarla daha çox yoluxdurulmuş yerində istifadə edilir.

Alimlərin bu yaxınlarda keçirdikləri tədqiqat göstərib ki, qida zəhərlənmələri və ishala gətirib çıxara bilən nəcislərdəki bağırsaq çöpü bakteriyaları mətbəx dəsmallarında 89 % və hamam dəsmallarında 25,6%-dir.

Tədqiqatçıların sözlərinə görə, mətbəx dəsmalları, böyük ehtimalla, digər məişət əşyalarına nisbətən bakteriyalarla daha çox yoluxmuş mənbədir. Iş ondadır ki, onlardan əlləri və çiy ət məhsulları ilə təmasa girə biləcək səthləri silmək üçün istifadə olunur.

"Siz qida məhsullarını diqqətlə yuya bilərsiniz, lakin əllərinizi dəsmalla silən vaxt başqa məhsulları və ya əllərinizi ağzınıza tərəf aparmaqla özünüzü yoluxdurursunuz. Hamam dəsmalı da eyni ailə üzvləri tərəfindən istifadə edilərək bakteriya və virusların yayılmasına səbəb olur"- tədqiqatın müəllifi Çarlz Herba bildirib.

O, əlavə edib ki, hamamda hətta adi dəsmallardan da ehtiyatla istifadə etmək lazımdır.

Ekspertlər eyni zamanda qeyd edirlər ki, dəsmalların paltaryuyan maşında yuyulması da onlarda yaşayan orqanizmlərin məhv olması üçün kifayət etməyə bilər.

Biologiya və biotəbabət elmləri üzrə professor Entoni Hilton xəbərdarlıq edib ki, dəsmalların aşağı temperaturlarda yuyulması bakteriyaları, heç də, həmişə məhv etmir. Bu mikroorqanizmlərdən çoxu 37 dərəcə temperaturda sağ qala bilir və buna görə də 30 dərəcə temperatur onları öldürmür. O, bakteriyaları öldürə biləcək aşağıtemperaturlu yumanı yaxşılaşdırmaq üçün nəzərdə tutulan xüsusi əlavədən istifadə etməyi məsləhət görür.