Öpüşməyin faydası tapıldı

17 Noyabr 2014 20:12 (UTC+04:00)

Movqe.az xəbər verir ki, dodaq dodağa öpüşməyin hər dəfə insandan insana təxminən 80 milyon bakteriyanın keçməsinə səbəb olduğunu bildirən araşdırmaçılar, bu vəziyyətin immunitet sistemini gücləndirdiyini də qeyd edib.

Bir öpüşdə 80 milyon bakteriya var


Dodaq dodağa öpüşməyin dünyadakı mədəniyyətlərin 90 faizinə aid olduğuna diqqət çəkən araşdırmanın lideri professor Remco Kort, bu vəziyyətin hər dəfə insandan insana təxminən 80 milyon bakteriyanın bulaşmasına səbəb olduğunu iddia edir.


" Journal Microbiome"də yayımlanan araşdırmada vəzifə alan Dr Alison Morrisin sözlərinə görə, söz mövzusu bakteriya transferi insan sağlamlığı üçün olduqca faydalıdır, çünki immunitet sistemini gücləndirir